Yuxarı

Yunanıstan hərbi donanmasının vertolyotu Egey dənizində qəzaya uğrayıb

Hazırda vertolyotlar və təyyarələr vasitəsilə axtarış işləri aparılır

Bakı. 11 fevral. REPORT.AZ/ Göyərtəsində üç ekipaj üzvünün olduğu Yunanıstan hərbi donanmasına məxsus vertolyot Egey dənizində Leros adası yaxınlığında hərbi təlim zamanı yoxa çıxıb. "Report" "Pronews.gr" portalına istinadən xəbər verir ki, bu barədə hərbi donanmanın baş qərargahından məlumat verilib.

Məlumata görə, hava gəmisi ilə əlaqə itib. Təlim və manevrlər zamanı ekipaj hansısa qırıq və ya başqa problemlər barədə məlumat verməyib.

Yunanıstan KİV-inin yazdığına görə, qəzaya uğramış vertolyotun qalıqları Kinaros adasının sahillərində tapılıb. Amma göyərtədə olan iki pilot və bir mexanikin taleyi hələ də məlum deyil.

Hazırda Yunanıstan hərbi donanmasına məxsus vertolyotlar və təyyarələr vasitəsilə axtarış işləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi