Yunanıstan borcun ödənişilə bağlı “yeni təklif verəcək”

Yunanıstan borcun ödənişilə bağlı “yeni təklif verəcək” Yunanıstanın baş naziri “Aİ qaydaları və demokratiyaya əsaslanan çözümün” tapılacağına inandığını deyib
Digər ölkələr
20 İyun , 2015 21:15
Yunanıstan borcun ödənişilə bağlı “yeni təklif verəcək”

Bakı. 20 İyun. REPORT.AZ/ Bazar ertəsi keçiriləcək Avropa İttifaqının sammitindən əvvəl Yunanıstanın rəsmiləri borcun ödənişilə ilə bağlı yeni təkliflə çıxış edəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, Avropa Komissiyası, Beynəxalq Valyuta Fondu (BVF) və Avropanın Mərkəzi Bankı Yunanıstana maliyyə yardımı ayırmadan öncə vergi, büdcə və sosial xidmət sahəsində, islahatların keçiriləcəyinə əmin olmaq istəyirlər.

Yunanıstan Beynəlxalq Valyuta Fondunun (BFV) 1.6 milyard avro həcmində krediti üzrə ödəniş barədə iki həftə ərzində kreditorlarla razılığa gələ bilməsə defoltla üzləşə bilər.

Zirvə görüşündən əvvəl Yunanıstanın baş naziri Alexis Tsipras “Aİ qaydaları və demokratiyaya əsaslanan çözümün” tapılacağına inandığını deyib.

Son xəbərlər

Orphus sistemi