Yunanıstan beynəlxalq kreditorlarla büdcə göstəricilərinə dair razılığa gəlib

Yunanıstan beynəlxalq kreditorlarla büdcə göstəricilərinə dair razılığa gəlib Afina ilə kreditorlar arasında 86 milyard avro həcmində maliyyə yardımı ilə bağlı danışıqlar davam edir
Digər ölkələr
11 Avqust , 2015 03:56
Yunanıstan beynəlxalq kreditorlarla büdcə göstəricilərinə dair razılığa gəlib

Bakı. 11 avqust. REPORT.AZ/ Yunanıstan hökuməti ilə beynəlxalq kreditorlar arasında 86 milyard avro həcmində üçüncü maliyyə yardımı ilə bağlı danışıqlar davam edir.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq kreditorlarla rəsmi Afina arasında 2016-cı ilin dövlət büdcəsinin göstəricilərinə dair razılıq əldə olunub. Razılaşmaya əsasən, Yunanıstanın dövlət büdcəsi növbəti ili ÜMD-nin 0.5% həcmində profisitlə başa vurmalıdır. 2017-ci ildə isə bu göstərici 1%-ə qədər artmalıdır.

Hesablamalara görə, ölkə iqdisadiyyatındaki böhran 2017-c ildə başa çatacaq və ardından inkişaf prosesi başlayacaq.

Rəsmi Afina avqustun 20-dək beynəlxalq kreditorlarla yekun razılıq əldə etmək niyyətindədir. Bundan sonra razılaşma bir neçə avrozona ölkəsinin parlamentləri tərəfindən ratifikasiya olunmalıdır.

Avqustun 20-dək Yunanıstan kredit borcu üzrə Avropa Mərkəzi Bankına 3,2 milyard, sentyabrda isə Beynəlxalq Valyuta Fonduna 1,5 milyard avro ödəməlidir.

Son xəbərlər

Orphus sistemi