Yuxarı
    Bağlamaq

    ​Yunanıstan Baş Qərargahı: Türkiyə qırıcıları gün ərzində 22 dəfə ölkə sərhədlərini pozub

    Bütün hallarda onların tutulması üçün yunan təyyarələri havaya qaldırılıb

    Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyə hərbi aviasiyası bazar ertəsi 20 dəfədən artıq Yunanıstanın hava məkanını pozub, iki halda "virtual hava döyüşü" baş verib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Baş Qərargahının məlumatında bildirilir.

    Onun məlumatına görə, ötən gün ərzində Türkiyə qırıcıları Afina uçuş informasiya zonasında (FIR Athens) uçuş qaydalarını iki dəfə pozub və 22 dəfə ölkənin hava məkanına daxil olub.

    Pozuntu, xüsusilə Xios və Samos adaları, həmçinin Lemnos və Lesbos arasında baş verib.

    Bütün hallarda onların tutulması üçün yunan qırıcıları havaya qalxıb, iki halda onlar Türkiyə təyyarələri ilə virtual hava döyüşünə giriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi