Yunanıstan bankları yenidən fəaliyyətə başlayıb

Yunanıstan bankları yenidən fəaliyyətə başlayıb Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur
Digər ölkələr
20 İyul , 2015 18:13
Yunanıstan bankları yenidən fəaliyyətə başlayıb

Bakı. 20 iyul. REPORT.AZ/ Yunanıstanda borclara görə yaranmış böhran səbəbilə üç həftə əvvəl bağlanmış banklar yenidən fəaliyyətə başlayıb.

"Report"un məlumatına görə, rəsmi Afina, ötən həftə beynəlxalq kreditçilərlə borc əvəzinə islahatlar keçirilməsi şərtilə razılaşmaya gəlib.

Bu isə, Yunanıstanın Avrozonanı tərk etməsinin qarşısını alıb.

Lakin Yunanıstanda bir neçə qadağalar yerində qalıb, o cümlədən ƏDV də artırılıb.

Həftələrlə banklardan pul çıxarmaq üçün növbəyə durmaq yunanlılar üçün həyat tərzinə çevrilmişdi, lakin onlar hər gün yalnız 60 avro çıxara bilirdilər. Bu qadağa, bankları iflasdan qorumaq üçün qoyulub.

Bazar ertəsindən isə bu qadağa həftəlik tətbiq ediləcək, yəni yunanlılar həftə ərzində bankdan yalnız 420 avro çıxara biləcək və nəticədə, hər gün növbədə durmayacaqlar.

Ötən həftə Avrozonada günlərlə davam edən müzakirələrdən sonra, Yunanıstanın 86 milyard avro borc verilməsi barədə razılıq əldə edilib.

Yunanıstansa, bunun əvəzinə, bir sıra təqaüd və vergi kimi islahatlar həyata keçirməli, xərclərin azaldılmasına çalışmalıdır.

Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur.

Son xəbərlər

Orphus sistemi