PKK/YPG Suriyada terror aktı törədib, ölənlər və yaralananlar var

PKK/YPG Suriyada terror aktı törədib, ölənlər və yaralananlar var Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Afrin bölgəsinə terrorçu PKK/YPG qruplaşmasının endirdiyi raket zərbələri nəticəsində 3 dinc sakin ölüb, 10-u yaralanıb.
Digər ölkələr
19 Noyabr , 2021 21:41
PKK/YPG Suriyada terror aktı törədib, ölənlər və yaralananlar var

Terrorçu PKK/YPG qruplaşması Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Afrin bölgəsinə raket zərbələri endirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter hesabında məlumat yayıb.

İlkin məlumata görə, zərbələr nəticəsində 3 dinc sakin ölüb, daha 10 nəfər yaralanıb. Yaralılar ərazidəki hospitala yerləşdirilib.

Qeyd edilir ki, Afrin şəhər mərkəzinə 6 raket zərbəsi endirilib. Müəyyən edilmiş terrorçu hədəflər dərhal Türkiyə Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” antiterror əməliyyatı keçirir.

Son xəbərlər

Orphus sistemi