Sorğu: - Britaniyalıların əksəriyyəti ölkənin Avropa İttifaqında qalmasına tərəfdardır

Sorğu: - Britaniyalıların əksəriyyəti ölkənin Avropa İttifaqında qalmasına tərəfdardır Britaniyalıların 52 faizi isə ölkənin Aİ-dən çıxmasının əleyhinə olduqlarını bildiriblər
Digər ölkələr
24 İyun , 2016 03:25
Sorğu: - Britaniyalıların əksəriyyəti ölkənin Avropa İttifaqında qalmasına tərəfdardır

Bakı. 24 iyun. REPORT.AZ/ "YouGov" şirkəti Britaniyada Aİ-də qalıb-qalmamaqla bağlı təşkil olunmuş referendumda keçirdiyi sorğusunun nəticələrini açıqlayıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, sorğuda iştirak etmiş ölkə əhalisinin 48 faizi ölkənin Aİ-dən çıxmasına tərəfdar olduğunu qeyd edib.

Sorğunun nəticələrinə əsasən britaniyalıların 52 faizi isə ölkənin Aİ-dən çıxmasının əleyhinə olduqlarını bildiriblər. Sorğunun "exit poll"a alternativ keçirildiyi bildirilir.

Qeyd edək ki, ötən gün Britaniyada ölkənin Aİ-də qalıb-qalmaması ilə bağlı referendum keçirilib.  

Son xəbərlər

Orphus sistemi