Bakı. 3 iyun. REPORT.AZ/ Yaponiyanın Yokohama şəhərində yaşayış məhəllələrindən birində güclü yanğın meydana gəlib.
"Report" NHK telekanalına istinadən xəbər verir ki, yanğın şəxsi evlərin birində başlayıb, sonra qonşuluqdakı digər iki evə keçib. Hazırda hadisə yerində 30 yanğınsöndürmə briqadası işləyir.
Yaxınlıqdakı məktəbin şagirdləri şəhər inzibatçılığının qərarına əsasən evə buraxılmayıb. Onlar məktəbin binasında saxlanılır.
Bu ana qədər zərərçəkənlər barədə heç bir məlumat daxil olmayıb. Polis və yanğınsöndürənlər hadisənin səbəblərini araşdırır.