Qüdsdə terror aktını törədənin şəxsiyyəti müəyyənləşib

Qüdsdə terror aktını törədənin şəxsiyyəti müəyyənləşib Bu, Fadi Kunbar adlı ərəbdir
Digər ölkələr
9 Yanvar , 2017 03:39
Qüdsdə terror aktını törədənin şəxsiyyəti müəyyənləşib

Bakı. 9 yanvar. REPORT.AZ/ İsrail polisi bazar günü Qüdsdə yük maşınını hərbçilərin üzərinə sürərək 4 nəfərin ölümünə, 13 nəfərin yaralanmasına səbəb olan terrorçunun şəxsiyyətini müəyyənləşdirib.

"Report" xəbər verir ki, bu barədə polis nümayəndəsi öz "Twitter" mikrobloqunda yazıb.

"Yük maşını ilə hücum edərək dörd əsgəri öldürən, 13-nü yaralayan terrorçu Cəbəl Mukaber rayonundan olan 28 yaşlı Fadi Kunbar adlı ərəbdir", - deyə polis qeyd edib.

Hücum edən şəxs hadisə zamanı hərbçilər tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi