Strasburq vağzalı bomba xəbərdarlığı ilə əlaqədar təxliyyə edilib

Strasburq vağzalı bomba xəbərdarlığı ilə əlaqədar təxliyyə edilib Bakı. 28 dekabr. REPORT.AZ/ Strasburqun dəmiryol vağzalı partlayıcı qurğu xəbərdarlığı ilə əlaqədar təxliyyə edilib.
Digər ölkələr
28 Dekabr , 2018 05:25
Strasburq vağzalı bomba xəbərdarlığı ilə əlaqədar təxliyyə edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Strasburqun dəmiryol vağzalı partlayıcı qurğu xəbərdarlığı ilə əlaqədar təxliyyə edilib.

Bu barədə "Report" yerli "Alsase" portalına istinadən xəbər verir.

Bildirilir ki, Milli Dəmir Yolları Şirkəti (SNCF) yerli vaxtla saat 18:15-də bomba təhlükəsi haqda məlumat alıb. Əraziyə gələn polis əməkdaşları dərhal vağzalın bütün sərnişinlərini təxliyyə ediblər partlayıcı qurğunun axtarışına başlayıblar. Hadisənin təfərrüatı barədə məlumat verilmir.

Daha əvvəl Fransanın paytaxtı Parisdə də bomba həyəcanı ilə bağlı liseylər boşaldılıb.

Son xəbərlər

Orphus sistemi