Yens Stoltenberq: "NATO üzvü olan 25 ölkə rusiyalı diplomatları ölkəsindən çıxaracaq"

Yens Stoltenberq: "NATO üzvü olan 25 ölkə rusiyalı diplomatları ölkəsindən çıxaracaq" "NATO Rusiyanın Brüsseldəki daimi nümayəndəliyinin yeddi işçisini geri göndərir"
Digər ölkələr
27 Mart , 2018 18:19
Yens Stoltenberq: NATO üzvü olan 25 ölkə rusiyalı diplomatları ölkəsindən çıxaracaq

Bakı. 27 mart. REPORT.AZ/ "NATO Rusiyanın Brüsseldəki daimi nümayəndəliyinin yeddi işçisini geri göndərir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu addımlar Baş Kəşfiyyat İdarəsinin sabiq agenti Sergey Skripalın öldürülməsinə cavab olaraq atılıb: "NATO təşkilatdakı Rusiya missiyasını 30 nəfərdən 20 nəfərədək azaldıb və Rusiyanın Alyans yanındakı daimi nümayəndəliyində üç diplomata akkreditasiya verilməsinə baxılması prosesini dayandırıb".

Y.Stoltenberq əlavə edib ki, NATO üzvü olan 25 ölkə rusiyalı diplomatları ölkəsindən çıxaracaq.

Son xəbərlər

Orphus sistemi