Yeni Zelandiyanın baş naziri: "Zəlzələnin vurduğu ziyan milyard dollarlarla ölçülür"

Yeni Zelandiyanın baş naziri: "Zəlzələnin vurduğu ziyan milyard dollarlarla ölçülür" Con Ki: "Hər şeyi bərpa etmək üçün aylarla işləmək lazım gələcəyini düşünürəm"
Digər ölkələr
14 Noyabr , 2016 13:50
Yeni Zelandiyanın baş naziri: Zəlzələnin vurduğu ziyan milyard dollarlarla ölçülür

Bakı. 14 noyabr. REPORT.AZ/ Yeni Zelandiyanın baş naziri Con Ki dünən gecə baş vermiş güclü zəlzələnin ölkənin şərq bölgələrinə vurduğu ziyanın əhəmiyyətli dərəcədə çox olduğunu açıqlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, dövlət başçısı hadisədən sonra müdafiə naziri Cerri Braunili ilə birgə helikopterlə Cənub adasının şərq sahilləri üzərində - zəlzələnin episentrinin qeydə alındığı ərazilərdə uçub.

"Oralar tamamilə viran olub, hər şeyi bərpa etmək üçün aylarla işləmək lazım gələcəyini düşünürəm", - deyə C.Ki yerə endikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu regionun iqtisadi strukturunu bərpa etmək üçün bəlkə də milyardlarla dollar lazım olacaq.

Xatırladaq ki, bazar ertəsi yerli vaxtla gecə yarısını keçən kimi Cənub adasında Kraystçerçdən təxminən 90 km şimalda 7,5 maqnituda gücündə güclü zəlzələ baş verib. Bundan sonra gün ərzində Milli Seysmologiya Xidməti yüzlərlə afterşok qeydə alıb.

Verilən məlumata görə, iki nəfər həlak olub.

"Hesab edirəm ki, zərərin miqyası hələlik bildiyimizdən daha çox olacaq", - deyə Yeni Zelandiyanın baş naziri xəbərdarlıq edib.

Qeyd edək ki, C.Ki təbii fəlakətlə əlaqədar Argentinaya planlaşdırılan səfərini ləğv edib.

O, həmçinin noyabrın 19-20-də Limada (Peru) keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak edib-etməyəcəyini bilmədiyini də sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi