Yeni Zelandiyanın baş naziri istefa verdiyini bildirib

Yeni Zelandiyanın baş naziri istefa verdiyini bildirib Bu, həyatımda çətin qərar oldu və sonra nə edəcəyimi bilmirəm
Digər ölkələr
5 Dekabr , 2016 04:29
Yeni Zelandiyanın baş naziri istefa verdiyini bildirib

Bakı. 5 dekabr. REPORT.AZ/ Yeni Zelandiyanın baş naziri Con Ki istefa verdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "The New Zealand Herald" qəzeti məlumat yayıb.

Məlumata görə, onun bu barədə açıqlaması ətrafındakı şəxsləri heyrətləndirib. Qəzet güman edir ki, Kidən istefaya getməsini onun xanımı xahiş edib.  

"Bu, mənim həyatımda çox çətin qərar oldu və sonra nə edəcəyimi bilmirəm" - deyən Ki qeyd edib ki, vəzifədən ailə vəziyyətinə görə gedir.

Onun sözlərinə görə, baş nazir vəzifəsi insandan çoxlarını, o cümlədən şəxsi ailəni qurban verməyi tələb edir. İndi Ki həyat yoldaşı ilə səyahətə çıxmaq niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi