Yuxarı

Yeni zelandiyalılar dövlət bayrağını dəyişməkdən imtina ediblər

Ölkədə keçirilən referendumun yekun nəticələri açıqlanıb

Bakı. 30 mart. REPORT.AZ/ Yeni Zelandiya vətəndaşları dövlət bayrağını dəyişməməyə və mövcud formanı saxlamağa qərar veriblər. "Report" Yeni Zelandiya KİV-inə istinadən xəbər verir ki, bu, adıçəkilən ölkədə keçirilən referendumun yekun nəticələrinin açıqlanmasından sonra məlum olub.

Ölkənin Seçki Komissiyasının məlumatına görə, seçicilərin 56,6%-i (1 208 702 nəfər) mövcud bayrağın saxlanılmasının lehinə səs verib. Seçicilərin 43,2%-i (921 876 nəfər) isə alternativ variantı - gümüşü ayıdöşəyi (qıjı) yarpağının iki hissəyə böldüyü, dörd qırmızı ulduzlu qara-göy bayrağı dəstəkləyib.

Referendumun açıqlanan yekun nəticələri praktiki olaraq, martın 24-də açıqlanmış ilkin nəticələrlə üst-üstə düşüb.

Referendum martın 3-dən 24-dək elektron poçt vasitəsilə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi