Yeni Zelandiyanın Baş naziri Oklenddə baş verənləri terror aktı adlandırıb

Yeni Zelandiyanın Baş naziri Oklenddə baş verənləri terror aktı adlandırıb Yeni Zelandiyada Oklend şəhərində silahlı şəxs mağazaya daxil olaraq, bir neçə nəfəri yaralayıb.
Digər ölkələr
150
3 Sentyabr , 2021 09:59
Yeni Zelandiyanın Baş naziri Oklenddə baş verənləri terror aktı adlandırıb
Casinda Ardern

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Oklenddə supermarketdə baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

08:55

Yeni Zelandiyada Oklend şəhərində silahlı şəxs mağazaya daxil olaraq, bir neçə nəfəri yaralayıb.

“Report” xəbər verir ki, bu barədə “New Zeland Herald” nəşri bildirib.

Nəşrin məlumatına görə, hücum zamanı azı dörd nəfər müxtəlif xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Polis bildirib ki, hadisəni törədən şəs polis tərəfindən güllələnib.

Mağazanın yerləşdiyi ərazi və ona yaxın küçələr polis tərəfindən mühasirəyə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi