Yeni Zelandiyada səyahət gəmisində partlayış olub, ölən və yaralananlar var

Yeni Zelandiyada səyahət gəmisində partlayış olub, ölən və yaralananlar var Gəmidə qaz balonunun partladığı ehtimal olunur
Digər ölkələr
9 Fevral , 2017 12:46
Yeni Zelandiyada səyahət gəmisində partlayış olub, ölən və yaralananlar var

Bakı. 9 fevral. REPORT.AZ/ Yeni Zelandiyanın Çalmers limanında olan "Emerald Princess" səyahət gəmisində partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Gəmidə qaz balonunun partladığı ehtimal olunur. Hadisə yerinə polis gəlib və baş verənlər araşdırılır.

Qeyd edək ki, "Emerald Princess" səyahət gəmisinin su tutumu 8400 tondur. 19 mərtəbəli gəminin ekipaj heyəti 1 200 nəfər, sərnişin tutumu isə 3 080 nəfər təşkil edir. 

Son xəbərlər

Orphus sistemi