Yeni Zelandiyada iki təyyarə toqquşub, ölənlər var - FOTO

Yeni Zelandiyada iki təyyarə toqquşub, ölənlər var - FOTO Yeni Zelandiyada yüngülmühərrikli iki təyyarə toqquşub.
Digər ölkələr
16 İyun , 2019 12:56
Yeni Zelandiyada iki təyyarə toqquşub, ölənlər var - FOTO

Yeni Zelandiyada yüngülmühərrikli iki təyyarə toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının saytı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Masterton səmasında baş verib. Qəza zamanı 2 nəfər ölüb. Hadisə nəticəsində hər iki təyyarə alova bürünüb.

Məlumatda qeyd edilir ki, hadisə yerinə güc strukturlarının qüvvələri göndərilib, qəzanın baş verdiyi əraziyə aparan yollar bağlanıb. Yeni Zelandiyanın Mülki Aviasiya İdarəsinin və Nəqliyyat Hadisələrinin Araşdırılması Komissiyasının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırmaq üçün əraziyə cəlb ediliblər. 

Son xəbərlər

Orphus sistemi