Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB-2

Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB-2 Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb.
Digər ölkələr
397
15 Mart , 2019 12:54
Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB-2

Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə polis komissarı Mayk Buş mətbuat konfransında bildirib.

"Ölənlərin ümumi sayı 49-dur", - o deyib.


***11:00

Yeni Zelandiya Baş naziri Casinda Ardern Kraystçörç şəhərində məscidlərə edilən hücum nəticəsində 40 nəfərin öldüyünü təsdiqləyib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Onun sözlərinə görə, Linvuddakı (Kraystçörç ətrafında yerləşir - red.) məsciddə 10, şəhərin birbaşa özündə Din-avenyudakı məsciddə 30 nəfər ölüb, 20-dən çox adam ağır yaralanıb. 

Yaralananlar xəstəxanaya yerləşdiriliblər.


***06:59

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Stuff" portalı məlumat yayıb.

Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər.

"New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi