Yuxarı

Yeni Zelandiyada güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib

Zəlzələ 7,1 bal gücündə qeydə alınıb

Bakı. 01 sentyabr. REPORT.AZ/ Yeni Zelandiyanın Mülki Müdafiə Xidməti ölkənin Şimal adası sahillərində 7,1 bal gücündə zəlzələ baş verdikdən sonra sunami təhlükəsinin olduğu barədə xəbərdarlıq yayıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, yeraltı təkanlar Şimal adasının bir çox şəhər və yaşayış məntəqələrində, həmçinin Cənub adasının bəzi rayonlarında hiss olunub.

Eyni zamanda Cənub adasında sunami təhlükəsi gözlənilmir.

Yeraltı təkanların episentri Şimal adasının Qisborn şəhərinin təqribən 170 km. şimal-şərqində 30 km. dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi