Yeni Zelandiyada 6,8 bal gücündə zəlzələ baş verib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geologiya Xidməti yayıb.
Yeraltı təkanlar Lesperans adasından 159 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən, yaralananlar və dağıntı barədə hələlik məlumat verilməyib.