Daha bir ölkə koronavirus epidemiyasına qalib gəldiyini açıqladı

Daha bir ölkə koronavirus epidemiyasına qalib gəldiyini açıqladı Yeni Zelandiya həkimləri ölkədə koronavirusa yoluxmuş son pasiyentin sağaldığını bildiriblər.
Digər ölkələr
2739
8 İyun , 2020 08:55
Daha bir ölkə koronavirus epidemiyasına qalib gəldiyini açıqladı

Yeni Zelandiya həkimləri ölkədə koronavirusa yoluxmuş son pasiyentin sağaldığını bildiriblər.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, son iki həftə ərzində ölkədə virusa yeni yoluxma aşkarlanmayıb. Milli Səhiyyə Naziriyi bildirib ki, ötən istirahət günlərində Oklenddə həkim nəzarəti altında olmuş sonuncu koronavirus pasiyenti tamamilə sağalıb. 

Yeni Zelandiyanın baş sanitar həkiminin sözlərinə görə, ölkə ərazisində virusa yoluxmuş xəstə qalmayıb.

Nazirliyin məlumatlarına əsasən, virusa yoluxanların ümumi sayı 1 504 nəfər təşkil edir. COVID-19-a yoluxmuş 1 482 pasiyent sağalıb, 22 nəfər ölüb. 

Yeni Zelandiyada virusa son yoluxma 22 mayda qeydə alınıb. Bildiriir ki, ümumilikdə 295 min insan koronavirus testindən keçib.

Qeyd edək ki, Yeni Zelandiyada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Orphus sistemi