Yeni Zelandiyada bir qrup şəxslərə siqaret satışı qadağan edilib

Yeni Zelandiyada bir qrup şəxslərə siqaret satışı qadağan edilib Yeni Zelandiya 2009-cu il yanvarın 1-dən sonra doğulmuş şəxslərə tütün məmulatlarının satışını ömürlük qadağan edən qanun qəbul edib.
Digər ölkələr
13 Dekabr , 2022 19:53
Yeni Zelandiyada bir qrup şəxslərə siqaret satışı qadağan edilib

Yeni Zelandiya 2009-cu il yanvarın 1-dən sonra doğulmuş şəxslərə tütün məmulatlarının satışını ömürlük qadağan edən qanun qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qanun ölkə parlamenti tərəfindən təsdiqlənib. Qanunun pozulması 150 min Yeni Zelandiya dollarına (95 910 ABŞ dolları) qədər cərimə nəzərdə tutur.

Qanun, həmçinin tütün məmulatlarında icazə verilən nikotinin miqdarını azaldacaq və tütün satmaq üçün lisenziya alacaq pərakəndə satış müəssisələrinin sayını 90% azaldacaq. “Reuters”in məlumatına görə, ölkədə bu cür tacirlərin sayı 2023-cü ilin sonuna kimi 6 000-dən 600-ə enəcək.

Ölkənin səhiyyə nazirinin köməkçisi, həkim Ayeşa Verrall bildirib ki, bu qanunlar minlərlə insanın daha uzun və sağlam ömür sürməsinə kömək edəcək, xərçəng, infarkt və insult kimi siqaretin səbəb olduğu xəstəliklərin müalicəsinə ehtiyac qalmaması ilə səhiyyəyə sistemi 5 milyard dollar “qabağa düşəcək”.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 38 ölkəsi arasında Yeni Zelandiya “böyüklər”in siqaret çəkməsi göstəricisində ən aşağı göstəricilərindən birinə sahibdir. Rəhbərlik 2025-ci ilə qədər ölkəni siqaret çəkməkdən azad etmək üçün siqaretə qarşı qanunları sərtləşdirməyə davam edir.

Son xəbərlər

Orphus sistemi