Bakı. 25 dekabr. REPORT.AZ/ Yeni Zelandiyada musiqiçiləri daşıyan avtobus qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə Qizborn şəhəri yaxınlığında baş verib. Belə ki, salonunda 45 sərnişinin olduğu nəqliyyat vasitəsi sərt yamaca yuvarlanıb.
Nəticədə 2 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onlardan biri ağır vəziyyətdədir.
Hadisənin başvermə səbəbləri haqda məlumat verilmir.