Yeni Zelandiyada atışma olub, ölən və xəsarət alanlar var

Yeni Zelandiyada atışma olub, ölən və xəsarət alanlar var Yeni Zelandiyada kənd məktəbinin yaxınlığında atışma olub.
Digər ölkələr
6 İyun , 2019 05:03
Yeni Zelandiyada atışma olub, ölən və xəsarət alanlar var

Yeni Zelandiyada kənd məktəbinin yaxınlığında atışma olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin saytında bildirilir.

Məlumata görə, hadisə Vaikatoda qeydə alınıb. Atışma zamanı 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

"Polis 4 yaralının tapılması barədə çağırışdan sonra Vaikatodakı kənd məktəbinin ərazisinə gəlib. İlkin məlumata görə, onların hamısı odlu silahdan açılan atəşlə yaralanıblar. Xəsarət alanlardan biri hadisə yerində ölüb, daha üç yaralının vəziyyəti orta ağırdır", - deyə polisin açıqlamasında bildirilir.

Polis detektiv-müfəttişi Qrem Pitekli bildirib ki, hazırda apolis bir nəfərlə bağlı istintaq aparır.

"The New Zealand Herald" nəşri isə bildirib ki, Vaikato kənd məktəbi hadisə ilə bağlı bağlanıb. Yaxın yollar isə polis tərəfindən əhatəyə alınıb. Hadisə yerində polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi