Bakı. 4 may. REPORT.AZ/ Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ olub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 14.29-də qeydə alınıb. Zəlzələnin episentri Vanaka şəhərindən 30 km. şimal-qərbdə yerləşib.Təbii fəlakət 10 km. dərinlikdə baş verib.
Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb.