Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
23 Yanvar , 2020 08:46
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə polisi özünün rəsmi saytında bildirib.

Qeyd edilir ki, təbii hadisə nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Baş müstəntiq itmiş, Uayt-Aylendedə vulkan püskürməsi zamanı öldükləri güman edilən iki nəfərin həlak olduğunu təsdiq edib”, - asayiş keşikçilərinin xəbərində deyilir.

Daha əvvəl təbii hadisənin 18 qurbanı haqqında bildirilirdi.

Oklenddən 270 kilometr cənubdakı Plenti körfəzində yerləşən Uayt-Aylend adasında vulkan püskürməsi hələ dekabrın 9-da olub. Təbii hadisə zamanı adada 47 nəfər olub. Hakimiyyət orqanları vulkan püskürməsindən dərhal sonra 9 nəfərin həlak olduğunu bildirib. Bundan sonra ölənlərin sayının artdığı qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi