Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə polisi özünün rəsmi saytında yerləşdirib.
“Polis təsdiq edə bilər ki, daha bir nəfər Uayt-Aylendedə vulkan püskürməsi zamanı alınmış xəsarətlər nəticəsində xəstəxanada ölüb. Bu insan ölümü ilə ölənlərin rəsmi sayını 18-ə çatdırır", - xəbərdə bildirilir.
Oklenddən 270 kilometr cənubdakı Plenti körfəzində yerləşən Uayt-Aylend adasında vulkan püskürməsi hələ dekabrın 9-da olub. Təbii hadisə zamanı adada 47 nəfər olub. Hakimiyyət orqanları vulkan püskürməsindən dərhal sonra 9 nəfərin həlak olduğunu bildirib. Bundan sonra ölənlərin sayının artdığı qeyd edilib.