Yeni Zelandiya əcnəbi işçilər üçün viza rejimini sərtləşdirir

Yeni Zelandiya əcnəbi işçilər üçün viza rejimini sərtləşdirir Ölkədə işləyən əcnəbilərin ailə üzvlərini dəvət etmək imkanı məhdudlaşdırılır, işçi vizasının qüvvədəolma müddəti azaldılır
Digər ölkələr
19 Aprel , 2017 11:34
Yeni Zelandiya əcnəbi işçilər üçün viza rejimini sərtləşdirir

Bakı. 19 aprel. REPORT.AZ/ Yeni Zelandiya hökuməti əcnəbi vətəndaşlara işçi vizası verilməsi qaydalarını dəyişmək barədə qərar qəbul edib. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın immiqrasiya, əmək münasibətləri və təhlükəsizlik naziri Maykl Vudhaus bildirib.

Onun sözlərinə görə, dəyişikliklərdə əsas məqsəd ilk növbədə yeni zelandiyalıların (Kiwis-first) işlə təmin olunmasıdır. 

"Bu dəyişikliklər işəgötürənlərin daha çox yeni zelandiyalının işə qəbulunu, peşə hazırlığı və ixtisasartırma proqramlarına daha çox investisiya yatırılmasını təşviq etmək üçün nəzərdə tutulub", - deyə nazir əlavə edib.

Yeni qaydalar həmçinin ölkədə işləyən əcnəbilərin ailə üzvlərini dəvət etmək imkanının məhdudlaşdırılmasını, işçi vizasının qüvvədəolma müddətinin azaldılmasını nəzərdə tutur.

Qeyd edək ki, ötən gün Avstraliya əcnəbi işçilər üçün viza rejiminin sərtləşdirilməsi haqqında qərarı elan edib.

Son xəbərlər

Orphus sistemi