Yeni pandemiyalarla mübarizə üçün beynəlxalq qrup yaradılır

Yeni pandemiyalarla mübarizə üçün beynəlxalq qrup yaradılır Ekspert qrupunun işi Britaniya hökumətinin baş elmi müşaviri Patrik Vallansın rəhbərliyi altında həyata keçiriləcək
Digər ölkələr
20 Aprel , 2021 11:33
Yeni pandemiyalarla mübarizə üçün beynəlxalq qrup yaradılır

Böyük Britaniya yeni pandemiyalarla effektiv mübarizə üçün beynəlxalq ekspert qrupunun yaradıldığını bəyan edib.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, ekspert qrupu “Pandemiyaya hazırlığın təmin edilməsi üzrə tərəfdaşlıq” (PPP) adlanır və “Böyük yeddilər”in himayəsi altında yaradılır.

Ekspert qrupunun işi Britaniya hökumətinin baş elmi müşaviri Patrik Vallansın rəhbərliyi altında və “AstraZeneca”, “Pfizer” və “Johnson & Johnson” kimi əczaçılıq şirkətlərinin rəhbərlərinin iştirakı ilə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi