Bakı. 16 yanvar. REPORT.AZ/ Növbəti miqrant karvanının tərkibində yüzlərlə insan sərhəddə gücləndirilmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq, Hondurasdan Qvatemala ərazisinə keçə bilib.
"Report" "El Universal" nəşrinə istinadən xəbər verir ki, onlar sərhəddəki çəpəri qıra və gücləndirilmiş polis dəstələrindən yayına biliblər.
Nəşrin məlumatına görə, Qvatemala hökumətinin karvan iştirakçılarına ölkə ərazisi ilə ABŞ istiqamətində hərəkət etmələrinə icazə verib-verməyəcəyi barədə hələ məlumat yoxdur.