Yeni Kaledoniyanın Sakit okeanı sahillərində güclü zəlzələ olub

Yeni Kaledoniyanın Sakit okeanı sahillərində güclü zəlzələ olub Yeni Kaledoniyanın Sakit okeanında yerləşən Luayote adaları qrupu yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib.
Digər ölkələr
1 Aprel , 2022 00:43
Yeni Kaledoniyanın Sakit okeanı sahillərində güclü zəlzələ olub

Yeni Kaledoniyanın Sakit okeanında yerləşən Luayote adaları qrupu yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 7,5 minə yaxın insanın yaşadığı Tadine qəsəbəsindən 304 km cənub-şərqdə, episentri isə 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi