Yeni Kaledoniya sahillərində 5,7 maqnitudada zəlzələ baş verib

Yeni Kaledoniya sahillərində 5,7 maqnitudada zəlzələ baş verib Sakit Okeanın Yeni Kaledoniya sahillərində (Fransa xaricində yerləşən ərazisi - Red) 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Digər ölkələr
17 Dekabr , 2023 12:50
Yeni Kaledoniya sahillərində 5,7 maqnitudada zəlzələ baş verib

Sakit Okeanın Yeni Kaledoniya sahillərində (Fransa xaricində yerləşən ərazisi - Red) 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 7,4 min nəfərin yaşadığı Tadine kəndindən 133 km şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Son xəbərlər

Orphus sistemi