Yeni dərs ilində Fransada 11 təhsil işçisi intihar edib

Yeni dərs ilində Fransada 11 təhsil işçisi intihar edib 2018-2019-cu dərs ili ərzində Fransada təhsil sahəsində çalışan işçilərin 58 nəfəri intihar edib.
Digər ölkələr
7 Noyabr , 2019 02:43
Yeni dərs ilində Fransada 11 təhsil işçisi intihar edib

2018-2019-cu dərs ili ərzində Fransada təhsil sahəsində çalışan işçilərin 58 nəfəri intihar edib. 

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Fransanın Təhsil Nazirliyi məlumat yayıb. 

Özünə qəsd edən təhsil işçilərinin 37-i kişi, 21-i qadın olub.

Məlumatda bildirilir ki, bu ilin sentyabr ayından etibarən isə daha 11 təhsil işçisi həyatına son qoyub.

Bununla belə, Fransada təhsil işçiləri arasında özünəqəsd halları ölkə üzrə baş verən intiharlara nisbətən aşağıdır. Belə ki, təhsil işçiləri arasında əhalinin hər 100 min nəfərindən 5,85 nəfəri intihar edibsə, ölkə üzrə hər 100 min nəfərə 14,9 nəfər düşür.

Son xəbərlər

Orphus sistemi