​Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının generalı öldürülüb

​Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının generalı öldürülüb Güllə dəyəndən sonra general hospitala yerləşdirilib
Digər ölkələr
24 Avqust , 2015 09:25
​Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının generalı öldürülüb

Bakı. 24 avqust. REPORT.AZ/ Qoşunların vəziyyətini yoxlayarkən, Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının generalı öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda krallığın "SPA" agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, general - mayor Əbdürrəhman bin -Səid əş-Şahrani ölkənin cənubundan qoşunların vəziyyətini yoxlayarkən, atəşə məruz qalıb. Güllə dəyəndən sonra general hospitala yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbərə görə, atəş Yəmənin husilərin nəzarəti altında olan ərazisindən açılıb.

Son xəbərlər

Orphus sistemi