Yuxarı
    Bağlamaq

    Yəmənin şərqində 11 husi döyüşçüsü öldürülüb, onlarla silahlı yaralanıb

    Hökumət qüvvələrinə qarşı döyüşlərdə devrilmiş prezident Əli Abdulla Salihin tərəfdarları və husilər iştirak edirlər

    Bakı. 15 yanvar. REPORT.AZ/ Yəmənin şərqindəki Şabva vilayətində "Ənsərullah" (husilər) hərəkatının silahlıları ilə baş vermiş döyüşdə 11 husi öldürülüb.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunuin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, əməliyyat zamanı həmçinin onlarla husi yaralanıb. Hökumət qüvvələrinə qarşı döyüşlərdə devrilmiş prezident Əli Abdulla Salihin tərəfdarları və husilər iştirak edirlər.

    Qeyd edək ki, ölkədə hərbi qarşıdurma 2014-cü ilin sentyabrından davam edir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi