Yuxarı
    Bağlamaq

    Yəmənin paytaxtında vəba epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

    Ölkənin Səhiyyə Nazirliyi müxtəlif humanitar təşkilatları köməyə çağırıb© Foto: "Photosight.ru"

    Bakı. 15 may. REPORT.AZ/ Yəmən paytaxtı Səna şəhərində vəba epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

    "Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

    Xəbərdə bildirilir ki, ölkənin Səhiyyə Nazirliyi yaranmış ağır durumla əlaqədar və "misli görünməmiş" fəlakətin qarşısını almaq üçün müxtəlif humanitar təşkilatları köməyə çağırıb.

    Qeyd edilir ki, ölkənin iki illik müharibə nəticəsində zərər çəkmiş səhiyyə sistemi xəstəliyin öhdəsindən müstəqil gələ bilmir. 

    Xatırladaq ki, vəba epidemiyası ölkədə onlarla insanın həyatına son qoyub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi