Yəmənin paytaxtında iki gün ərzində 125 nəfər ölüb

Yəmənin paytaxtında iki gün ərzində 125 nəfər ölüb Təxminən 240 nəfər yaralanıb
Digər ölkələr
5 Dekabr , 2017 14:04
Yəmənin paytaxtında iki gün ərzində 125 nəfər ölüb
РИА Новости / Стрингер

Bakı. 5 dekabr. REPORT.AZ/ Yəməndə hökumət qüvvələri, Səudiyyə koalisiyası nümayəndələri və husilər arasında qarşıdurmanın yenidən gərginləşməsi son iki gündə azı 125 nəfərin ölümünə səbəb olub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatında deyilir.

Qeyd olunur ki, təqribən, 240 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanı koalisiyasının aviasiyası dünən Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin öldürülməsindən sonra husilərin ölkənin paytaxtındakı mövqelərinə hava hücumlarına davam edir.

Beynəlxalq Qızıl Xaç Komitəsi paytaxt Sanadakı üç xəstəxananı yaralıların müalicəsi üçün dərman prepratları ilə təchiz edir, eləcə də xəstəxanaların fəaliyyət göstərdiyi generatorlara yanacaq tədarükünü təşkil etməyə çalışır.

Hazırda Sanada Qırmızı Xaç Komitəsinin, təqribən, 200 əməkdaşı var.

Son xəbərlər

Orphus sistemi