​Yəmənin ölkədən qaçmış prezidenti Misirə səfər edib

​Yəmənin ölkədən qaçmış prezidenti Misirə səfər edib Mənsur Hadi Ərəb Dövlətləri Liqasının sammitində iştirak edəcək
Digər ölkələr
27 Mart , 2015 23:16
​Yəmənin ölkədən qaçmış prezidenti Misirə səfər edib

Bakı. 27 mart. REPORT.AZ/ Yəmən prezidenti Əbd Rabbu Mənsur Hadi Ərəb Dövlətləri Liqası (ƏDL) sammitinin keçiriləcəyi Şarm əş-Şeyx şəhərinə səfər edib.

"Report" xəbər verir ki, Mənsur Hadi iki gün öncə üsyançıların hücumları nəticəsində ölkəsini tərk edib.

ƏDL liderlərinin Səudiyyə Ərəbistanı və əksər Fars körfəzi ölkələrinin Yəməndə apardığı hərbi əməliyyatları müzakirə edəcəkləri gözlənilir. Onlar, hələ ki, havadan zərbələr endirirlər, lakin yerüstü əməliyyatların aparılması variantı da, nəzərdən keçirilə bilər.

Qeyd olunur ki, sammit 28–29 mart tarixlərində keçiriləcək.

Yəmənə endirilən hava zərbələri nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 60 dinc sakin həlak olub, onlarla insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi