Yəmənin keçmiş müdafiə naziri yaralanıb

Yəmənin keçmiş müdafiə naziri yaralanıb Abdul Malik əs-Siyani xəstəxanaya yerləşdirilsə də, ancaq vəziyyəti haqqında heç bir məlumat yoxdur
Digər ölkələr
8 İyun , 2015 19:55
Yəmənin keçmiş müdafiə naziri yaralanıb

Bakı. 8 iyun. REPORT.AZ/ Yəmənin keçmiş müdafiə naziri general-mayor Abdul Malik əs-Siyani yaralanıb. Hadisə bu gün ərəb ölkələri koalisiya qüvvələrinin paytaxt Sananı bombalaması nəticəsində baş verib. 

"Report" "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, Yəmənin keçmiş müdafiə naziri ölkənin şərqindəki evinin raket atəşinə tutulması nəticəsində yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, ancaq vəziyyəti haqqında heç bir məlumat yoxdur. 

Abdul Malik əs-Siyani Əli Abdullah Salehin prezidentliyi dövründə Yəmənin müdafiə naziri işləyib, həmçinin hərbi sahədə bir sıra rəhbər vəzifələrdə çalışıb və husilərin dəstəkçilərindən olub.  

Son xəbərlər

Orphus sistemi