Yəmənin hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş döyüşdə 17 nəfər həlak olub

Yəmənin hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş döyüşdə 17 nəfər həlak olub Şimali Cauf vilayətində baş vermiş döyüşdə 7 hərbi qulluqçu və 10 üsyançı öldürülüb
Digər ölkələr
12 Avqust , 2017 03:17
Yəmənin hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş döyüşdə 17 nəfər həlak olub
Foto: "AFP"

Bakı. 12 avqust. REPORT.AZ/ Yəmənin hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş döyüşdə 17 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin hərbi qüvvələrindəki mənbəyə istinadən xəbər verib.

Mənbənin sözlərinə görə, şimali Cauf vilayətində baş vermiş döyüşdə 7 hərbi qulluqçu və 10 üsyançı öldürülüb. Daha 4 əsgər isə xəsarət alıb.  

"Hərbçilər üsyançıların hücumunu dəf etməyə nail olublar" – deyə anonim mənbə agentliyə bildirib. O həmçinin əlavə edib ki, hücum edənlər hərbçilərin bir neçə nəqliyyat vasitəsinə zərər vurublar.

Yəməndə vətəndaş qarşıdurması 2014-cü ildən davam edir. 

Son xəbərlər

Orphus sistemi