Bakı. 2 dekabr. REPORT.AZ/ "Ərəb Yarımadasında Əl-Qaidə" terror qruplaşmasının yaraqlıları Yəmənin cənubundakı iki şəhəri ələ keçirib. "Report" "Reuters"ə istinadən məlumat verir ki, ələ keçirilən şəhərlər Caar və Zincibardır.
Agentliyin məlumatına görə, silahlı qruplaşma yaşayış məntəqələrinə girişlərə nəzarət edir.