Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında Yəmənin cənubundakı Əl-Mukalla şəhərində terror hadisəsi törədilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, terror hücumu nəticəsində 9 polis həlak olub, onlarla yaralı var.
AFP-nin məlumatına görə, partlayıcı qurğu yerləşdirilmiş iki avtomobil hərbçilərin NBM-i yaxınlığında partladılıb. Partlayıcı qurğular terrorçu-kamikadzelər tərəfindən işə salınıb.