Yuxarı
    Bağlamaq

    Yəmənin 7 dinc sakini koalisiya qüvvələrinin hava zərbələri nəticəsində həlak olub

    Aviazərbələr zamanı daha 14 nəfər xəsarət alıb

    Bakı. 28 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya təyyarələrinin Yəmənin mərkəzi hissəsində üsyançıların avtomobil karvanına endirdiyi zərbə nəticəsində 7 dinc sakin həlak olub.

    "Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi məmurlardan birinə istinadən xəbər verib.

    Agentliyə məlumat verən hərbi məmurun sözlərinə görə, hadisə Taiz şəhəri yaxınlığında olub. Koalisiya qüvvələri nəqliyyat vasitələrinə hava zərbələri endirib. Zərbələrə məruz qalan avtomobillərdən üçü üsyançılara məxsus olub.

    Məlumata görə, şəhər xəstəxanalarından 7 dinc sakinin cəsədi çıxarılıb.

    Aviazərbələr zamanı 9 üsyançı da öldürülüb. Habelə daha 14 nəfər xəsarət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi