​Yəməni bombardıman edən Sudan təyyarəsi vurulub

​Yəməni bombardıman edən Sudan təyyarəsi vurulub Təyyarənin pilotu həbs edilib
Digər ölkələr
28 Mart , 2015 03:45
​Yəməni bombardıman edən Sudan təyyarəsi vurulub

Bakı. 28 mart. REPORT.AZ/ Yəmən üsyançıları Səudiyyə Ərəbistanının başçılıq etdiyi "Ərəb koalisiyası" tərkibində ölkəni bombardıman edən Sudan təyyarəsini vurmağa müvəffəq olublar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Əl-Məyadin" peyk telekanalı məlumat yayıb.

"Paytaxt Sənanın şimalında yerləşən Bəni Haşiş rayonunda hərbi təyyarə vurulub. Sudanlı pilot həbs edilib", - deyə məlumatda bildirilir.

Səudiyyə Hərbi Hava Qüvvələri Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri aviasiyasının dəstəyi ilə çərşənbə günü gecə saatlarından etibarən "Qətiyyət burulğanı" kod ismi altında Yəmən ərazisinin əhəmiyyətli hissəsində nəzarəti ələ keçirən "Ənsar Allah" hərəkatından olan üsyançılara qarşı hərbi əməliyyatlara başlayıb. Ərəb koalisiyasına Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşlub.

Son xəbərlər

Orphus sistemi