Yəmənə humanitar yardım bərpa olunub

Yəmənə humanitar yardım bərpa olunub Əsasən dərman, vaksin, ərzaq və sudan ibarət yardım ölkənin müxtəlif bölgələrinə çatdırılmalıdır
Digər ölkələr
10 İyul , 2015 21:58
Yəmənə humanitar yardım bərpa olunub

Bakı. 10 iyul. REPORT.AZ/ Yəməndə hərbi əməliyyatlar səbəbindən ara verilən humanitar yardım cümə günü axşam saatlarından yenidən başlayacaq.

"Report" Amerikanın səsinə istinadən xəbər verir ki, BMT yardımın davam etməsinə səbəb Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumlarına və ölkədə Huti yarı-hərbi qüvvələri ilə döyüşlərə ara verilməsi olub ki, bu da ölkədə milyonlarla yəmənliyə yardım çatdırılmasına imkan yaradır.

"Əsasən dərman, vaksin, ərzaq və sudan ibarət yardım dəniz və hava yolları da daxil edilməklə, ölkənin müxtəlif bölgələrindəki humanitar agentliklərinə çatdırılmalıdır", - deyə, BMT sözçüsü bildirib.

Sözçü onu da əlavə edib ki, qeyd-şərtsiz humanitar fasilə Ramazan ayının sonunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi