Yəmənə endirilmiş hava hücumları zamanı 10 mülki şəxs həlak olub

Yəmənə endirilmiş hava hücumları zamanı 10 mülki şəxs həlak olub Ərəb ölkələrinin koalisiya qüvvələrinin Yəmənin paytaxtı Səna və Hudeyda şəhərinə endirdikləri hava zərbələri nəticəsində eyni ailənin üzvləri olan 10 nəfər həlak olub.
Digər ölkələr
27 Mart , 2022 06:14
Yəmənə endirilmiş hava hücumları zamanı 10 mülki şəxs həlak olub

Ərəb ölkələrinin koalisiya qüvvələrinin Yəmənin paytaxtı Səna və Hudeyda şəhərinə endirdikləri hava zərbələri nəticəsində eyni ailənin üzvləri olan 10 nəfər həlak olub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə SABA xəbər agentliyi məlumat yayıb.

Sənada zərbələr Təqaüd Sığortası Baş İdarəsinin binası yaxınlığındakı iki yaşayış binası yaxınlığına endirilib.

Bundan əlavə, koalisiya təyyarələri Hudeydadakı neft qurğularına üç zərbə endirib, husilər hücumu Stokholm razılaşmasının açıq şəkildə pozulması adlandırıblar.

Yəmən hökumətini dəstəkləyən Ərəb Koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bir gün əvvəl husilərin “Aramco” şirkətinin neft obyektlərinə hücum etdiyini açıqlayıb.

Əl-Malikinin məlumatına görə, zərbələrdən sonra iki neft anbarında yanğın baş verib.

Koalisiyanın nümayəndəsi iddia edib ki, zərbələr Səna və Hodeyda şəhərlərindən olan üsyançılar tərəfindən həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi