Yəmənə endirilən aviazərbələr nəticəsində ən azı 5 dinc sakin həlak olub

Yəmənə endirilən aviazərbələr nəticəsində ən azı 5 dinc sakin həlak olub Öldürülən 5 nəfərdən hamısının bir ailənin üzvü olduğu bildirilir
Digər ölkələr
3 Yanvar , 2017 04:53
Yəmənə endirilən aviazərbələr nəticəsində ən azı 5 dinc sakin həlak olub

Bakı. 3 yanvar. REPORT.AZ/ Ərəb koalisiyasının Yəmənə endirdiyi aviazərbələr nəticəsində ən azı 5 dinc sakin həlak olub.

“Report” RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Frans Press nəşri bildirib.

Qeyd olunur ki, aviazərbələr nəticəsində daha 4 nəfər etirazçılar tərəfindən öldürülüb.

Koalisiya Yəmənin paytaxtı Sanadan şərqdə yerləşən Marib şəhərinə zərbələr endirib.

Öldürülən 5 nəfərdən hamısının bir ailənin üzvü olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi