​Yəmənə endirilən aviazərbələr 9 nəfərin həyatına son qoyub

​Yəmənə endirilən aviazərbələr 9 nəfərin həyatına son qoyub Bombardıman kütləvi dağıntılara səbəb olub
Digər ölkələr
4 Aprel , 2015 05:33
​Yəmənə endirilən aviazərbələr 9 nəfərin həyatına son qoyub

Bakı. 4 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası öz hərbi-hava qüvvələri ilə Yəmənin paytaxtı Sənadan şərqdə yerləşən Həcər Ukkaş kəndinə zərbələr endiriblər.

"Report" xəbər verir ki, bombardıman nəticəsində ən azı 9 nəfərin öldüyü, daha 20 nəfərin yaralandığı bildirilir.

Aviazərbələr yaşayış məntəqəsində kütləvi dağıntılara səbəb olub. Hazırda yerli sakinlər yaralılara yaşayış binalarının dağıntıları altından çıxmağa köməklik göstərirlər, həmçinin ölənlərin meyitlərinin axtarışları davam etdirilir. Ölənlərin sayı arta bilər, çünki Yəmənin bu rayonunda ciddi "təcili yardım" avtomobili çatışmazlığı var.

Son xəbərlər

Orphus sistemi