​Yəmənə endirilən aviazərbələr nəticəsində 29 nəfər həlak olub

​Yəmənə endirilən aviazərbələr nəticəsində 29 nəfər həlak olub Həftə ərzində davam edən bombardıman 62 uşağın həyatına son qoyub
Digər ölkələr
1 Aprel , 2015 07:04
​Yəmənə endirilən aviazərbələr nəticəsində 29 nəfər həlak olub

Bakı. 1 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Yəmənə endirdiyi havadan zərbələr nəticəsində 29 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb.

Bombardıman nəticəsində 24 nəfər yaralanıb.

İnsident çərşənbə gününə keçən gecə baş verib. Aviazərbələr Hodeyda şəhərindəki qida məhsulları zavodunun ərazisinə endirilib.

Bundan əvvəl verilən məlumata görə, həftə ərzində Yəmənə endirilən zərbələr nəticəsində 62 uşaq həyatını itirib.

Son xəbərlər

Orphus sistemi