Bakı. 10 oktyabr. REPORT.AZ/ Yəmən tərəfdən Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atılıb.
"Report" xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
Qeyd olunur ki, raket ölkənin cənub-qərbində yerləşən Cizan dairəsinə düşüb.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanı hökuməti məlumatı hələ ki, şərh etməyb.